AFFA-nın departament rəhbərini UEFA Konfrans Liqasına çağırdılar

 AFFA-nın departament rəhbərini UEFA Konfrans Liqasına çağırdılar

AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.

"Mediasport" xəbər verir ki, o, Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 24-də keçiriləcək “Aktobe” (Qazaxıstan) - “Sparta” (Çexiya) oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma Aktobe şəhərində yerləşən Mərkəzi stadionda baş tutacaq.