Dənizkənarı Bulvarda "Prezident Kuboku" yarışı təşkil olunacaq
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan daha bir yarış keçiriləcək.
"Mediasport" xəbər verir ki, mayın 2–3-də Bakıda, Dənizkənarı Bulvar ərazisində yelkən idmanı üzrə "Prezident Kuboku" təşkil olunacaq.
Turnirdə Azərbaycan Su İdman Növləri Federasiyası ilə yanaşı, "Xəzər" Yelkənli Qayıqlar İdman Klubundan ümumilikdə 30-dan çox idmançı mübarizə aparacaq.
Yarış iki kateqoriyada - yeniyetmələr optimist, gənclər isə İLCA4 sinfi üzrə keçiriləcək.
Qaliblər diplom və medallarla mükafatlandırılacaqlar.
"Prezident Kuboku" Bakı bulvarında, "Yaxt Klub"un yaxınlığında baş tutacaq.
