Təmsilçimizdən Avropa çempionatında ikinci qızıl medal

  Təmsilçimizdən Avropa çempionatında ikinci qızıl medal

Azərbaycan kanoeçisi Boqdan Kurudz Portuqaliyada keçirilən Avropa çempionatında ikinci qızıl medalını qazanıb.

"Mediasport" xəbər verir ki, o, "Masters" kateqoriyasında (35-39 yaş) birnəfərlik kanoe qayığında 200 metr məsafəyə yarışda bütün rəqiblərini qabaqlayıb.

Bu, Boqdan Kurudzun eyni çempionatda qazandığı ikinci qızıl medaldır.

Kanoeçimiz iki gün əvvəl birnəfərlik kanoe qayığında 500 metr məsafəyə yarışda da Avropa çempionu olmuşdu.