İki idmançımız İspaniyada Avropa çempionatında iştirak edəcək

 İki idmançımız İspaniyada Avropa çempionatında iştirak edəcək

Azərbaycan avarçəkənləri İspaniyanın Murisya şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcəklər.

Azərbaycan Su İdman Növləri Federasiyasından "Mediasport"a verilən məlumata görə, təmsilçilərimiz yelkənli qayıq üzrə ILCA 4 (Beynəlxalq Laser Sinfi Assosiasiyası) yarışında mübarizə aparacaqlar.

Aprelin 11-dən 18-dək təşkil ediləcək qitə birinciliyinə Nərgiz Məmmədova və Nəzrin Məmmədova qatılacaq.

Komandamızın məşqçisi Mithat Can Yıldırım, komanda rəhbəri isə Burcu Alqon Corcianni olacaq.