Vernidub istədi, "Neftçi" daha bir ukraynalı ilə danışıqlara başladı

Vernidub istədi, "Neftçi" daha bir ukraynalı ilə danışıqlara başladı

Ukrayna mətbuatı daha bir yerli futbolçunun “Neftçi”yə transfer ediləcəyini yazır.

"Mediasport" xəbər verir ki, bu, “Rux” klubunun yarımmüdafiəçisi Denis Pidqurskidir.

Məlumata görə, "ağ-qaralar" baş məşqçi Yuri Vernidubun istəyi üzərinə qarşı tərəflə danışıqlara başlayıb.

Ukraynalı mütəxəssisin həmyerlisini şəxsən izlədiyi bildirilir.

500 min avro transfer dəyəri olan 23 yaşlı ukraynalının klubu ilə müqaviləsi yayda başa çatacaq.