Redon Cica Əlcəzair klubu ilə iki illik müqaviləyə qol çəkdi

"Qarabağ"dan ayrılan Redon Cicanın “Beluizdad” klubuna transferi rəsmiləşib.
"Mediasport" xəbər verir ki, Əlcəzair təmsilçisi albaniyalı hücumçu ilə 2 illik müqavilə bağlayıb.
2023-cü ilin yanvarından Ağdam komandasında forma geyinən 26 yaşlı forvard 3 dəfə Azərbaycan çempionu adını qazanıb.
"Köhlən atlar"la 1 dəfə ölkə kubokunun qalibi olmuş Cica 73 oyun keçirib, 13 qol vurub, 5 məhsuldar ötürmə ilə yadda qalıb.