Çempionlar Liqasında püşk atıldı: "Sabah"ın rəqibləri müəyyənləşdi

Çempionlar Liqasında püşk atıldı: "Sabah"ın rəqibləri müəyyənləşdi

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin püşkü atılıb.

"Mediasport" xəbər verir ki, Monakoda keçirilən tədbirdə təmsiıçimiz "Sabah"ın rəqibləri müəyyənləşib.

"Bayquşlar" əsas raundda "Barselona" (ev), "Arsenal" (səfər), "Borussiya" Dortmund (ev), "Mançester Yunayted" (səfər), "Vilyarreal" (səfər), "Napoli" (ev), "Vikinq" (səfər) və "Slaviya" Praqa (ev) komandaları ilə qarşılaşacaqlar.

Azərbaycan çempionu 4-ü səfərdə, 4-ü evdə olmaqla 8 görüş keçirəcək.

Liqa mərhələsində ümumilikdə 36 komanda mübarizə aparacaq.

İlk tur qarşılaşmaları 8-10 sentyabr aralığında baş tutacaq.