Renat Dadaşov azarkeşlərə çağırış etdi: "Hər kəsi görmək istəyirəm"

“Burada olduğum üçün çox xoşbəxtəm. Cümə günü hər kəsi stadionumuzda görmək istəyirəm”.
"Mediasport" xəbər verir ki, bunu mətbuat xidmətinə qısa açıqlamasında Polşanın "Radomyak" klubunun yeni transferi Renat Dadaşov deyib.
25 yaşlı hücumçu azarkeşləri növbəti tur matçına dəvət edib.
Qeyd edək ki, Azərbaycan milli komandasının futbolçusu Radom təmsilçisi ilə mövsümün sonunadək müqavilə bağlayıb.
“Radomyak” 23-cü tur çərçivəsində fevralın 28-də “Vidzev”i qəbul edəcək.