Yığma komandamız Türkiyədə beynəlxalq trunirdə iştirak edəcək
Velosiped idmanı üzrə Azərbaycan yığma komandası sabah Türkiyənin Alanya şəhərində start götürəcək "Grand Prix Alaiye 1.2" yarışında iştirak edəcək.
Bu barədə "Mediasport"a Azərbaycan Velosiped İdmanı Federasiyasından bildirilib.
Ölkəmiz turnirdə Musa Mikayılzadə, Nofəl Nuriyev, Əli Qurbanov, Şahin Eyvazov, Maksim Trendelyov və Tural İsrafilov ilə təmsil olunacaq.
Komandamız baş məşqçi Vladimir Buşanski və məşqçi Elçin Əsədovun rəhbərliyində mübarizə aparacaq.
