"Masters" turniri ilk dəfə Bakıda
İyunun 28-də Bakıda həvəskar velosipedçilər arasında ilk dəfə olaraq "Masters" kateqoriyası üzrə yarış təşkil olunacaq.
"Mediasport" xəbər verir ki, iştirakçılar Qala yolunda 15 km məsafəyə fərdi ötüşmə növündə qüvvələrini sınayacaqlar.
Velosipedçilər iki fərqli kateqoriyada (35-49 yaş və 50+ yaş) mübarizə aparacaqlar.
Xatırladaq ki, turnir 27-30 iyun tarixlərində keçiriləcək Azərbaycan çempionatı çərçivəsində baş tutacaq.


