Azərbaycan yığması dünya çempionatında 22 medal qazandı

Tatarıstanda kəmər güləşi və qırğız kuroş növləri üzrə dünya çempionatı keçirilib.
"Mediasport" xəbər verir ki, böyüklər arasında klassik kəmər güləşində Ariz Hüseynov gümüş, Kazım İsmayıllı və Rəvan Həsənov bürünc medal qazanıblar.
Yeniyetmələr arasında klassik kəmər güləşində Nuhan Müzəffərov, Murad Mehtiyev, Namiq Əlizadə, Ramil Malıyev və Əmrah İsmayılov gümüş mükafat əldə ediblər.
Çimərlik kəmər güləşində Ülvi Rzayev qızıl, Cəsur Mehtiyev və Amin Qulamov gümüş, Xəlil Murzayev və Yolqulu Məmmədov "bürünc"ə sahib çıxıblar.
İdmançılarımız klassik kəmər güləşi üzrə komanda yarışında 3-cü yeri tutublar.
Qırğız kuroşunda kişi idmançılarımızdan Ariz Hüseynov qızıl, Ülvi Rzayev, Cəsur Mehtiyev, Xəlil Murzayev, Yolqulu Məmmədov və Amin Qulamov bürünc, qadınlarda isə Gözəl Zutova və Diana Şoranova gümüş medala yiyələniblər.
Ümumilikdə yığma komandamız 31 ölkədən 400-dən çox idmançının iştirak etdiyi iki yarışda 2 qızıl, 10 gümüş, 10 bürünc olmaqla 22 medal qazanıb.