Millimizin 4 güləşçisi beynəlxalq turnirdə medal qazandı

Millimizin 4 güləşçisi beynəlxalq turnirdə medal qazandı

Azərbaycanın 4 güləşçisi Türkiyənin Kocaeli şəhərində təşkil olunan Hasan Gemici və Qazanfer Bilgenin xatirə turnirində medal qazanıb.

Azərbaycan Güləş Federasiyasından "Mediasport"a verilən məlumata görə, sərbəst güləşdə Xetaq Karsanov (125 kq) gümüş, Ramik Heybətov (70 kq) bürünc mükafat əldə edib.

Yunan-Roma güləşində isə 130 kq-da yer alan milli üzvləri - Sərxan Məmmədov gümüş, Beka Kandelaki bürünc medalçı olub.

Yarış sabah yekunlaşacaq.