Daha 6 güləşçimiz "Zəfər Kuboku"nda medal qazandı

 Daha 6 güləşçimiz "Zəfər Kuboku"nda medal qazandı

Türkiyənin Antalya şəhərində güləş üzrə 28-ci "Zəfər Kuboku" beynəlxalq turniri davam edir.

"Mediasport" xəbər verir ki, Azərbaycan idmançıları ikinci yarış günündə 6 medal qazanıblar.

U-17 yaş qrupunda sərbəst güləşdə Hüseyn Rzazadə (48 kq) gümüş, Abbas Şəfiyev (55 kq) və Elgün Kərimli (92 kq) bürünc mükafat əldə ediblər.

Yunan-Roma güləşində isə Ömər Salmanovla (48 kq) Qurban Məcnunov (55 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq qızıl medalın sahibi olublar, Yusif Mirzəyev (48 kq) ikinci yeri tutub.

Xatırladaq ki, güləşçilərimizin ilk gündə qazancı 4 medal olmuşdu.