Rafaeldən kövrək paylaşım
Azərbaycanın karate üzrə beşqat dünya və onbirqat Avropa çempionu Rafael Ağayev bu yaxınlarda vəfat edən atası ilə bağlı kövrək paylaşım edib.
"Mediasport" xəbər verir ki, o, atası ilə fotosunu paylaşaraq “Hər addımında əziyyəti olan əziz atam, hər zaman qəlbimdə yaşayacaqsan” sözlərini yazıb.
Qeyd edək ki, dünyaşöhrətli idmançının atası Mahir Ağayev iyulun 13-də vəfat edib.


