1/4 final görüşləri baş tutacaq - UEFA Avropa Konfrans Liqası
Bu gün UEFA Avropa Konfrans Liqasında da 1/4 final mərhələsi start götürəcək.
"Mediasport" xəbər verir ki, ilk oyunlar çərçivəsində bütün görüşlər eyni saatda başlanacaq.
Arda Turanın baş məşqçisi olduğu "Şaxtyor" Niderland təmsilçisi AZ-la qarşılaşacaq.
Cavab qarşılaşmaları aprelin 16-da keçiriləcək.
UEFA Avropa Konfrans Liqası. 1/4 final. İlk oyunlar
23:00 "Rayo Valyekano" (İspaniya) - AEK (Yunanıstan)
23:00 "Kristal Pelas" (İngiltərə) - "Fiorentina" (İtaliya)
23:00 "Mayns" (Almaniya) - "Strasbur" (Fransa)
23:00 "Şaxtyor" (Ukrayna) - AZ (Niderland)
