Yığmamız Kanada, Tailand və İspaniya milliləri ilə qarşılaşacaq

 Yığmamız Kanada, Tailand və İspaniya milliləri ilə qarşılaşacaq

İlk dəfə FİBA Çempionlar Kubokunda çıxış edəcək Azərbaycanın 3x3 qadın basketbol yığmasının heyəti və oyunlarının təqvimi açıqlanıb.

"Mediasport" xəbər verir ki, Arika Karter, Aleksandra Mollenhauer, Tatyana Deniskina və Brianna Freyzer turnirdə ölkəmizi təmsil edəcək.

B qrupunda yer alan yığmamız Kanada, Tailand və İspaniya milliləri ilə qarşılaşacaq.

Müvafiq olaraq ilk iki görüş martın 13 də, növbəti duel martın 14-də baş tutacaq.

Yarışın qalibi FİBA 3x3 Çempionlar Kuboku 2027, FİBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci ildə keçiriləcək Olimpiya Oyunlarının Təsnifat turnirində iştirak hüququ qazanacaq.