ABŞ-nin nüfuzlu nəşri "Qarabağ"ı misal çəkdi: "Pul hər şey deyil"
"Azərbaycanın "Qarabağ" klubu bu mövsüm UEFA Çempionlar Liqasında inamlı çıxış edən komanda oldu və pley-offa yüksəldi. Bu da ölkənin ən yaxşı klub nəticəsi idi".
"Mediasport" xəbər verir ki, bunu ABŞ-nin nüfuzlu idman nəşrlərindən biri olan "The Athletics" yazıb.
Minimal maliyyə ilə uğurlu trayektoriya cızan klubların adının keçdiyi "Pul hər şey deyil - Bunu sübut edən klublar var" başlıqlı məqalədə tarixində ilk dəfə Azərbaycan çempionu olan "Sabah"dan da bəhs edilib:
"2014-cü ildən bəri 11 çempionluq titulunu qazanan, doğma şəhəri Ağdama qayıtmaq istəyən qaçqın klub (əslində, şəhər artıq bir neçə ildir ki, işğaldan azad edilib və yeni stadionun inşası gedir - red.) olan "Qarabağ" bu il birinci yeri "Sabah"a uduzdu.
Bu arada, "Sabah" ilk çempionluğunu qazanan altı Avropa klubundan biri oldu".
Xatırladaq ki, Qurban Qurbanovun komandası Azərbaycanı Avropa Liqasında, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv isə Çempionlar Liqasında təmsil edəcək.


