“Araz-Naxçıvan”dan baş məşqçi Elmar Baxşıyevlə bağlı QƏRAR

“Araz-Naxçıvan”dan baş məşqçi Elmar Baxşıyevlə bağlı QƏRAR

“Araz-Naxçıvan” baş məşqçi Elmar Baxşıyevlə yeni müqavilə imzalayıb.

“Mediasport” xəbər verir ki, təcrübəli mütəxəssis 2025-2026-cı illər mövsümündə də “qırmızı-ağlar”ı çalışdıracaq.

Onunla anlaşma 1 illikdir.

Qeyd edək ki, “Araz-Naxçıvan” Misli Premyer Liqasının 2024-2025-ci illər mövsümünü 3-cü pillədə başa vurub və tarixində ilk dəfə UEFA Konfrans Liqasında iştirak etmək hüququ qazanıb.