"Neftçi" bu dəfə də uduzdu

 "Neftçi" bu dəfə də uduzdu

Yeni mövsümün hazırlığını Sloveniyada davam etdirən "Neftçi" bu gün ikinci yoxlama oyununu keçirib.

"Mediasport" xəbər verir ki, Yuri Vernidubun komandası "Partizan"la (Serbiya) qarşılaşıb.

Matç serblərin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0.

Qeyd edək ki, "ağ-qaralar" toplanış çərçivəsində ilk hazırlıq görüşündə Rumıniyanın ÇFR kollektivinə uduzublar - 1:2.