"Sabah" futbolçusunu 3 milyon avroya İsveçrə klubuna satdı

"Sabah" futbolçusunu 3 milyon avroya İsveçrə klubuna satdı

"Sabah" Aaron Maluda ilə vidalaşıb.

"Mediasport" xəbər verir ki, bu barədə Fransanın nüfuzlu "L'Equipe" nəşri məlumat yayıb.

Bildirilib ki, fransalı vinger karyerasını "Bazel"də davam etdirəcək.

İsveçrə nəhənginin transferə görə "bayquşlar"a 3 milyon avro kompensasiya ödəyəcəyi qeyd olunub.

Xatırladaq ki, Maluda "Sabah"a 2025-ci ilin yayında "Lill"dən gəlib.

Onun Azərbaycan çempionu ilə müqaviləsi 2029-cu ilin yanvarına qədərdir.