AÇ: Yığmamızın heyəti açıqlandı
Almaniyanın Kottbus şəhərində velosiped idmanının trek növü üzrə gənclər / U23 yaş kateqoriyaları üzrə Avropa çempionatı keçiriləcək.
"Mediasport" 6 gün davam edəcək yarışda baş məşqçi Vladimir Buşanskiy və məşqçi Elçin Qasımovun rəhbərliyi altında 7 velosipedçimiz çıxış edəcək.
Diqqət çəkən əsas məqam ölkəmizin ilk dəfə gənc qızlar arasında qitə çempionatında təmsil olunmasıdır.
Avropa çempionatına yollanan heyətdə Nəzrin İsbəndiyarova da yer alır.
U-23 kateqoriyasında Tural İsrafilov və Maksim Trendelyov, gənc oğlanlar arasında isə Çingiz İsayev, Nihad Xudoyev, Rəhim Nağıyev və Murad Nadirov medallar uğrunda mübarizə aparacaqlar.


