Mədət Quliyev federasiya prezidenti vəzifəsindən ayrıldı

Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev postundan ayrılıb.
"Mediasport" xəbər verir ki, o, Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsindəki işləri ilə əlaqədar bu qərarı verib.
Yaxın günlərdə federasiya prezidentliyi üçün yeni seçkilər keçiriləcək.
Qeyd edək ki, Mədət Quliyev AVF-ə 2021-ci ilin noyabrından rəhbərlik edirdi.