Azərbaycan kikobsçuları Latviya yarışından 4 medalla qayıtdılar

Azərbaycan kikboksçuları Latviyanın Riqa şəhərində keçirilən WAKO (Latvia Open) yarışında 3 qızıl, 1 gümüş medal qazanıblar.
"Mediasport" xəbər verir ki, Rafiq Babazadə (57 kq, K-1) gənclər arasında qızıl, Ayxan Həsənov (81 kq, 86 K-1) kişilər arasında iki qızıl, Oqtay İsmayılov isə gənclər arasında (60 kq, K-1) gümüş mükafat əldə edib.
Yığma gənclərdən ibarət millinin baş məşqçisi Hikmət Hacıyev və məşqçi Orxan Əkbərlinin rəhbərliyi ilə mübarizə aparıb.
WAKO kateqoriyalı hakim, Azərbaycan Kikboksinq Federasiyasının hakimlər kollegiyasının sədr müavini Aydın Ağabəyov ədalətli idarəçiliyə görə ən fəal hakim mükafatına layiq görülüb.