Avropa Oyunlarında iştirak etmiş idmançımıza 48 aylıq cəza verildi

Azərbaycan kikboksinqçisi Elşad Şahbazov 48 aylıq diskvalifikasiya olunub.
"Mediasport" AMADA-ya istinadən xəbər verir ki, buna idmançının nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerlərinin mövcudluğunun aşkarlanması səbəb olub.
E.Şahbazovun sanksiyasının qüvvəyə minmə tarixi 2023-cü il oktyabrın 25-i göstərilib.
Diskvalifikasiyanın müddəti 2027-ci il oktyabrın 25-də bitəcək.
Qeyd edək ki, Şahbazov 2023-cü ildə Polşanın Krakov şəhərində keçirilən Avropa Oyunlarında iştirak edib.