2026-cı ilin ən yaxşı futbolçusu olmağa 10 namizəd - SİYAHI
Afrika Futbol Konfederasiyası (CAF) 2026-cı ilin ən yaxşı futbolçusu adına namizədlərin son siyahısını açıqlayıb.
"Mediasport" xəbər verir ki, mükafat uğrunda 7 ölkəni təmsil edən 10 futbolçu mübarizə aparacaq.
Siyahıda Amad Diallo (“Mançester Yunayted”, Fil Dişi Sahili), Yoan Vissa (“Nyukasl”, Konqo DR), Antoin Semenyo (“Mançester Siti”, Qana), İsmael Saibari (“Bayern”, Mərakeş), Əşrəf Hakimi (PSJ, Mərakeş), Brahim Diaz (“Real" Madrid, Mərakeş), İsmaila Sarr (“Kristal Pelas”, Seneqal), Pape Qeye (“Vilyarreal”, Seneqal), Sadio Mane (“Əl-Nəsr”, Seneqal) və Teboho Mokoena (“Mamelodi Sandaunz”, CAR) yer alıblar.
Namizədlər arasında Mərakeş və Seneqal hərəyə 3 futbolçu ilə ən çox təmsil olunan ölkələrdir.
Fil Dişi Sahili, Konqo DR, Qana və CAR-ın isə hərəsinin bir nümayəndəsi var.
Qalibin adı dekabrın 7-də Nigeriyanın Laqos şəhərində keçiriləcək "CAF Awards" mərasimində açıqlanacaq.
Qeyd edək ki, ötən il UEFA Çempionlar Liqasının son qalibi Əşrəf Hakimi bütün rəqiblərini qabaqlayıb.

