Dünya və Avropa çempionuna federasiyada yüksək vəzifə verildi

Dünya və Avropa çempionuna federasiyada yüksək vəzifə verildi

Dünya və Avropa çempionu Eduard Məmmədova Azərbaycan Kikboksinq Federasiyasında (AKF) yeni vəzifə verilib.

"Mediasport" xəbər verir ki, o, federasiyanın fəxri prezidenti Adil Əliyevin rəhbərliyi ilə keçirilən toplantıda vitse-prezident postuna təyin edilib.

Federasiyanın prezidenti postu yenidən Orxan Əliyevə həvalə edilib.

Eduard Məmmədovla yanaşı, Azər Aslanov da vitse-prezident seçilib.

Millinin sabiq baş məşqçisi, bundan öncəki iclasda icraçı direktor vəzifəsi həvalə olunmuş Elşən Abdulrəhimov isə I vitse-prezident olub.

Millidə məşqçi işləyən Telman Məhərrəmov böyüklərdən ibarət yığma komandada baş məşqçi olacaq.