AFFA-da “Futbolda dayanıqlıq” mövzusunda seminar keçirildi
“Futbolda dayanıqlıq” mövzusunda seminar keçirilib.
"Mediasport" xəbər verir ki, Bakı İqlim Həftəsi çərçivəsində Misli Premyer Liqası və Birinci Liqa klublarının nümayəndələri üçün təşkil olunan seminarda iqlim dəyişikliyi, ətraf mühitin qorunması, futbolun ekoloji təsiri və dayanıqlı gələcəyin formalaşdırılması məsələləri müzakirə olunub.
Seminar zamanı mütəxəssislər öz bilik və təcrübələrini iştirakçılarla bölüşüb, futbolda dayanıqlı yanaşmaların əhəmiyyətinə diqqət çəkiblər.

