AFFA-nın vitse prezidenti federasiyanın prezidenti seçildi

AFFA-nın vitse prezidenti federasiyanın prezidenti seçildi

Balakişi Qasımov yenidən Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) prezidenti seçilib.

“Mediasport” xəbər verir ki, bu gün federasiyanın ümumi yığıncağı keçirilib.

Tədbirdə AQF rəhbərliyinə seçkilər keçirilib.

Səsvermənin nəticələrinə əsasən, Balakişi Qasımov növbəti 4 il müddətinə federasiyanın prezidenti, Fikrət Zeynalov vitse-prezidenti, Vasif Məmmədov baş katibi seçiliblər.

İcraiyyə Komitəsinə Fikrət Zeynalov, Vasif Məmmədov, Sadıq Sadıqov və Adilə Əhmədova üzv seçiliblər.

Xatırladaq ki, B.Qasımov 2024-cü ildən AFFA-nın vitse-prezidenti postunu tutur.