Avropanın daha bir nəhəng klubu "Qarabağ"ın legionerini istəyir

Avropanın daha bir nəhəng klubu "Qarabağ"ın legionerini istəyir

“Qarabağ”ın qapıçısı Mateuş Koxalski ilə daha bir Avropa klubu maraqlanır.

"Mediasport" İtaliya mətbuatına istinadən xəbər verir ki, Ağdam təmsilçisinin qolkiperi "Napoli"nin də "radar"ına düşüb.

Antonio Kontenin komandası ötən həftə Neapolda ÇL çərçivəsində 2:0 hesabı ilə məğlub etdikləri Azərbaycan çempionunun üzvünün inanılmaz seyvlərindən sonra agenti ilə təmasa keçib.

Yekun qərar qış fasiləsi zamanı veriləcək.

Xatırladaq ki, bir müddət əvvəl “Borussiya” (Dortmund) və “Benfika”nın da 25 yaşlı polşalını diqqət mərkəzində saxladığı məlum olmuşdu.

2024-cü ilin avqustundan "Qarabağ"ın düşərgəsində olan Mateuş Koxalskinin “atlılar"la müqaviləsi klubun anlaşmanı daha bir il uzatmaq imkanı olmaq şərtilə, 2027-ci ilin yayında başa çatacaq.