Ayxan Abbasov AFFA rəsmisinin oğlunun sərgisində - FOTOLAR

Ayxan Abbasov AFFA rəsmisinin oğlunun sərgisində - FOTOLAR

Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə "Rənglərdə danışan Abdurrəhman" adlı fərdi rəsm sərgisi keçirilib.

"Mediasport" xəbər verir ki, bu sərgidə AFFA-nın Lisenziyalaşdırma şöbəsinin müdiri Seymur Səlimlinin oğlu Abdurrəhman Səlimlinin rəsm işləri nümayiş etdirilib.

Abdurrəhman buna qədər müxtəlif beynəlxalq və yerli rəsm müsabiqələrinin iştirakçısı olub.

O, ölkəmizdə də baş tutan bəzi sərgilərin qalibi adını almağı bacarıb.

Bununla yanaşı, gənc rəssam Uşaq-Gənclər İnkişaf Mərkəzinin "Çiçəyim" uşaq teatrının üzvüdür.

O, uşaq teatrı festivalında da birincilik qazanıb.

Xatırladaq ki, sərginin açılış mərasimində futbol üzrə Azərbaycan milli komandasının və "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov da iştirak edib.