"Neftçi"nin kampaniyasının ilk qalibi Yaşar Seyidəhmədov oldu

"Neftçi"nin kampaniyasının ilk qalibi Yaşar Seyidəhmədov oldu

“Neftçi” və “Aerowingo.az”ın başladığı yeni kampaniyada ilk qalib müəyyənləşib.

"Mediasport" xəbər verir ki, Premyer Liqanın 7-ci turunun "Sabah"la matçına onlayn bilet alıb biletini stadionun girişində skan edərək oyuna gələn Yaşar Seyidəhmədov adlı azarkeş təsadüfi yolla seçilərək İstanbula gediş-qayıdış aviabileti qazanıb.

Qalibin müəyyənləşməsi prosesi “Instagram” və “Facebook” sosial şəbəkələrinin “hekayə” bölməsində paylaşılıb.

Hədiyyəni azarkeşə “Aerowingo.az”ın icraçı direktoru Çingiz Piri-zadə təqdim edib.