SON DƏQİQƏ - Qurban Qurbanov heyətə iki yeni legioner cəlb etdi
"Qarabağ" Premyer Liqa hazırlıqlarını davam etdirir.
Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən istifadə edən Ağdam təmsilçisi dünən "Zirə" ilə yoxlama matçında qüvvəsini sınayıb.
"Atlılar"ın 3:1 hesabı ilə qalib gəldiyi sınaq oyununda iki yeni legioner diqqət çəkib.
Dəqiqləşdirdik ki, A komandaya qoşulan gənclər bir müddət əvvəl akademiyanın koordinatoru Avtandil Hacıyevin Nigeriya səfəri zamanı seçimlərdə bəyəndiyi afrikalılar - Daniel Arierhi və Ani Çidiokedir.
Bir müddətdir "Qarabağ"ın akademiyasında olan 18 yaşlı nigeriyalılar baş məşqçi Qurban Qurbanovun diqqətini çəkiblər.
Mütəxəssis buna görə vinger və müdafiəçini əsas komandaya cəlb edib, ikitərəfli oyunlarda bacarıqlarını yoxlayır.
Öyrəndik ki, çalışdırıcı hər iki legionerə potensial istedad gözü ilə baxır.
U-19-da oynayacaq legionerlərin qışdan sonra əsas komandaya qoşulacağı ehtimal edilir.
Mediasport.com.az

