Əfsanəvi Lotar Matteus “Qarabağ” və "Sabah" haqda nələr dedi?
"Qarabağ"ın timsalında gördünüz ki, nizam-intizamlı iş, komanda ruhu olduqda nələri etmək mümkündür. “Qarabağ” son illərdə avrokuboklarda özünü çox yaxşı tərəfdən göstərib".
"Mediasport" xəbər verir ki, bu sözləri Bakıda səfərdə olan dünya futbolunun əfsanələrindən Lotar Matteus deyib.
Almaniya milli komandası ilə dünya və Avropa çempionu olmuş veteran futbolçu Bakıda keçirilən cüdo üzrə dünya çempionatında jurnalistlərə açıqlama verib.
"Qarabağ"ı yaxşı tandığını bildirən əfsanəvi yarımmüdafiəçi "Sabah"ın UEFA Çempionlar Liqasında "Borussiya" Dortmund ilə matçda şanslarından danışıb:
"Qarabağ" daha əvvəl "Borussiya" ilə qarşılaşıb. İndisə ikinci komandanız Çempionlar Liqasında oynayır. Bu, Azərbaycan futbolu üçün çox yaxşı göstəricidir.
Fikrimcə, "Sabah"la görüşdə "Borussiya" cütün favoritdir. lakin nəticə 90 dəqiqənin sonunda müəyyənləşəcək".
Qeyd edək ki, Matteus Azərbaycana Beynəlxalq Cüdo Federasiyasının (İJF) dəvəti ilə gəlib.

