Azərbaycan Premyer Liqası klublarının bazar dəyəri yeniləndi

Azərbaycan Premyer Liqası klublarının bazar dəyəri yeniləndi

Futbol üzrə Azərbaycan Premyer Liqası klublarının dəyərinin yenilənmiş siyahısı tərtib olunub.

"Mediasport" xəbər verir ki, ən bahalı heyətə malik təmsilçimiz "Qarabağ"dır.

Ağdam klubunun ümumi bazar qiyməti 25 milyon avro göstərilib.

"Sabah" ikinci, "Neftçi" isə üçüncüdür.


Azərbaycan Premyer Liqası klublarının bazar dəyəri


1. "Qarabağ" – 25,08 milyon avro

2. "Sabah" – 19 milyon avro

3. "Neftçi" – 14,15 milyon avro

4. "Zirə" – 12,58 milyon avro

5. "Turan Tovuz" – 10,98 milyon avro

6. "Sumqayıt" – 8,85 milyon avro

7. "İmişli" – 6,08 milyon avro

8. "Araz-Naxçıvan" – 5,83 milyon avro

9. "Kəpəz" – 5,73 milyon avro

10. "Qəbələ" – 5 milyon avro

11. "Şəfa" – 4,20 milyon avro

12. "Şamaxı" – 3,90 milyon avro