"Neftçi" azarkeşlərinə "Sabah"la matçdan əvvəl əylənmək fürsəti

 "Neftçi" azarkeşlərinə "Sabah"la matçdan əvvəl əylənmək fürsəti

"Neftçi" bu gün Premyer Liqanın 7-ci turu çərçivəsində qəbul edəcəyi "Sabah"la oyundan əvvəl azarkeşlər üçün əyləncə zonası təşkil edəcək.

"Mediasport" xəbər verir ki, azarkeşlər fan zonada müxtəlif oyunlarda özünü sınamaq imkanı qazanacaq.

Xatırladaq ki, “Palms Sports Arena”da baş tutacaq qarşılaşma saat 19:30-da start götürəcək.

"Ağ-qaralar" azarkeşlərindən xahiş edir ki, stadiona oyunun başlanma vaxtından 2 saat öncə gəlsinlər.