Azərbaycanın Olimpiya çempionu DÇ-də mübarizəni erkən dayandırdı
Bakıda böyüklər arasında cüdo üzrə dünya çempionatı davam edir.
"Mediasport" xəbər verir ki, bu gün Azərbaycanın daha bir təmsilçisi mübarizəyə qoşulub.
Olimpiya və dünya çempionumuz Zelim Kotsoyev (100 kq) 1/32 finalda türkmənistanlı Baymırat Majanov, 1/16 finalda isə slovakiyalı Benjamin Mataseyeni ipponla məğlub edərək 1/8 finala yüksəlsə də, növbəti raundda Rusiyanı təmsil edən Arman Adamyana uduzub.
Qeyd edək ki, Azərbaycan komandası indiyədək DÇ-də 5 medal qazanıb.
Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) isə bürünc mükafat əldə edib.
Milli Gimnastika Arenasında təşkil edilən yarış oktyabrın 11-də yekunlaşacaq.

