"Sabah" BOS-da hazırlığa başladı
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin ikinci turuna hazırlaşan "Sabah" bu mövsüm ev oyunlarını keçirəcəyi Bakı Olimpiya Stadionunda ilk məşqinə çıxıb.
"Mediasport" xəbər verir ki, Azərbaycan çempionunun arenada ilk görüşü oktyabrın 13-də Çexiyanın "Slaviya" kollektivinə qarşı olacaq.
Matç saat 20:45-də başlanacaq.
Qeyd edək ki, BOS iki ildən çoxdur Azərbaycanın beynəlxalq səviyyəli dövlət tədbirlərinə ev sahibliyi etdiyi üçün stadionda futbol oyunları keçirilmirdi.

