Daha 3 komanda Azərbaycan Kubokunda 2-ci raunda yüksəldi

Daha 3 komanda Azərbaycan Kubokunda 2-ci raunda yüksəldi

Futbol üzrə Azərbaycan Kubokunda 2026/2027-ci illər mövsümünün ilk mərhələsi davam edir.

"Mediasport" xəbər verir ki, ikinci oyun günündə üç matç keçirilib.

"Zəngəzur", "Marafon" və "Kür-Araz" adını 2-ci raunda yazdırıb.

1-ci təsnifata sabah "Ağdaş" - "Hypers" qarşılaşması ilə yekun vurulacaq.

Xatırladaq ki, dünən "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri" ilk etapı uğurla keçiblər.


Azərbaycan Kuboku. 1-ci təsnifat mərhələsi


“Difai” – “Zəngəzur” 1:3

Palms Sports Futbol Mərkəzi (IV meydança)

“Marafon” – “Dinamo” 3:0

“Marafon Arena”

“Şirvan” – “Kür-Araz” 1:3

Şirvan OİK stadionu