Millimiz Yaponiya ilə qarşılaşır

Millimiz Yaponiya ilə qarşılaşır

Qəbələdə təlim-məşq toplanışında olan Azərbaycanın U-20 milli komandası bu gün növbəti oyununu keçirəcək.

"Mediasport" xəbər verir ki, Rui Jorjenin baş məşqçisi olduğu kollektiv Yaponiyandan olan həmyaşıdları ilə qarşılaşacaq.

Qəbələ şəhər stadionunda baş tutacaq matç saat 16:00-da start götürəcək və "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.

Xatırladaq ki, yığmamız 2 gün əvvəl Qəbələdə yoxlama qarşılaşmasında Moldova millisinə uduzub (0:1).