“Araz-Naxçıvan” heyətinə daha iki legionerlə gücləndirdi - RƏSMİ

“Araz-Naxçıvan” heyətinə daha iki legionerlə gücləndirdi - RƏSMİ

Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” heyətini iki yeni futbolçu ilə gücləndirib.

"Mediasport" xəbər verir ki, Elmar Baxşıyevin komandası Patrik Andrade və Çarles Boli ni transfer edib.

Andrade ilə “1+1 il” şərti ilə müqavilə imzalanıb. Kabo Verde millisinin üzvü olan 32 yaşlı yarımmüdafiəçi ölkəmizdə daha çox “Qarabağ”dakı çıxışı ilə tanınıb.

O, müxtəlif illərdə ölkəsinin “Sportinq da Praya”, “Desportivu da Praya”, “Benfika da Praya”, Portuqaliyanın “Ribeyran”, “Juane”, “Moreypense”, “Famalikan”, “Salqeyruş”, Bolqarıstanın “Çerno More”, Serbiyanın “Partizan” klublarında çıxış edib.

32 yaşlı afrikalı ötən mövsümü “Qarabağ”ın heyətində keçirib. Kabo Vrede millisinin heyətində 2020-ci ildən bu yana 20 oyun keçirib.

Şotlandiyada doğulan, Fransa və Kot-d’İvuar vətəndaşlığı olan Boli ilə müqavilənin müddəti isə 1 illikdir. Sag cinah yarımmüdafiəçisi  karyersı ərzində Fransanın “Lans”, “Po”, “Paris”, eləcə də İtaliyanın “Viçensa” klublarında çıxış edib.

Son mövsümü Kiprin “Apollon” (Limasol) komandasında keçirən 26 yaşlı futbolçu 23 matçda meydana çıxıb.

Xatırladaq ki, naxçıvanlılar daha əvvəl Bar Koen, Çance Simakala Ba-Muaka və Bruno Franko ilə anlaşıb.