Premyer Liqa klubundan ayrılan legioner 1-ci Liqada oynayacaq

 Premyer Liqa klubundan ayrılan legioner 1-ci Liqada oynayacaq

1-ci Liqada yeni mövsümə hazırlaşan “Səbail” növbəti transferini açıqlayıb.

"Mediasport" xəbər verir ki, Bayıl təmsilçisi Ezekiel Morqanı heyətinə qatıb.

24 yaşlı yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzalanıb.

Vinger son olaraq Premyer Liqada “İmişli”nin formasını geyinib.

Morqan ötən mövsüm İmişli klubunun heyətində Premyer Liqada 31 oyun keçirib, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.