"Qarabağ"ın məşqçisi ÇL rəqiblərinin oyununu izləyəcək

"Qarabağ"ın məşqçilərindən biri UEFA Çempionlar Liqasında potensial rəqiblərinin - "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) oyununu canlı izləyəcək.
"Mediasport" xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov məlumat paylaşıb.
Klub məşqçilərindən birini bu məqsədlə İrlandiyaya göndərəcək.
Qeyd edək ki, "köhlən atlar" ÇL-in ikinci raundunda "Şelburn" - "Linfild" cütünün qalibi ilə qarşılaşacaq.