"Neftçi" "Sabah"a məğlub oldu

 "Neftçi" "Sabah"a məğlub oldu

Əvəzedicilər Liqasında 4-cü tura yekun vurulub.

"Mediasport" xəbər verir ki, ikinci oyun günündə 2 görüş keçirilib.

"Zirə-2" "Şamaxı-2"ni, "Sabah-2" isə "Neftçi-2"ni üstələyib.

Xatırladaq ki, “Qarabağ-2”nin UEFA Gənclər Liqasındakı oyunu ilə əlaqədar “Turan Tovuz-2” ilə matçı təxirə salınıb.

Qarşılaşma sentyabrın 23-də baş tutacaq.


Əvəzedicilər Liqası. 4-cü tur


“Kəpəz-2” – “Araz-Naxçıvan-2” 1:1

Qollar: Elcan Əbilov, 72 - Adıgözəl Əkbərov, 83.

“Qəbələ-2” - “Sumqayıt-2” 1:0

Qol: Əjdər Hacılı, 70-avtoqol.


15 sentyabr (bazar ertəsi)


“Zirə-2” – “Şamaxı-2” 3:0

Qollar: Ramiz Muradov, 55-pen. Fərid Şahhüseyni, 58. İmran Süleymanzadə, 78.

“Neftçi-2” – “Sabah-2” 0:1

Qol: İlkin Cəfərli, 90+3.