"Araz-Naxçıvan" heyətini braziliyalı legionerlə gücləndirdi
"Araz-Naxçıvan" futzal klubu heyətinə yeni oyunçu qatıb.
"Mediasport" xəbər verir ki, son ölkə çempionu braziliyalı Elan Delon Pereyra da Silva ilə müqavilə imzalayıb.
24 yaşlı "sambaçı" karyerası ərzində ölkəsinin "Pumas-SE", "Uniao Bahia-BA" klubları ilə yanaşı, Avstriyanın "Göfis" və Tacikistanın "Soro Kompaniya" komandalarında da çıxış edib.
