Avropa çempionatı: Xorvatiyaya uduzan milli qrup sonuncusu oldu

Avropa çempionatı: Xorvatiyaya uduzan milli qrup sonuncusu oldu

Futzal üzrə Azərbaycan milli komandası AVRO-2026-nın əsas qrup mərhələsində son oyununu keçirib.

"Mediasport" xəbər verir ki, Vitali Borisovun baş məşqçisi olduğu kollektiv 5-ci qrupun 6-cı turu çərçivəsində Bakıda Xorvatiya seçməsi ilə qarşılaşıb.

Yığmamız formal xarakterli matçda rəqibinə myenə məğlub olub.

Xorvatlar yanvarda baş tutan ilk dueldə millimizə 9:2 hesabı ilə qalb gəlmişdilər.

Qrupda keçirdiyi 6 görüşün yalnız ikisində - Bakıda Yunanıstan (2:2) və İsveç (3:3) milliləri ilə heç-heçə edən futzalçılarımız 2 xalla sonuncu yeri tutublar.

Qeyd edək ki, yığmamız son 15 matçda qələbə qazana bilməyib. Komandanın son qalibiyyəti 2023-cü il sentyabrın 29-da dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda Niderland üzərində olub.


AVRO-2026. Əsas mərhələ. 5-ci qrup. 6-cı tur


Azərbaycan - Xorvatiya 1:4

Qollar: Oktay Rüstəmli, 21:05 // David Mataya, 5:56, 11:05, Yosip Yurlina, 8:48, Nikola Qudaşiç, 31:33.

Hakimlər: Yianqos Yianqu, Nikolas Nikolau, Teoçaris Teoçarus (Hakimlər briqadası Kiprdəndir)

Hakim-inspektor: Gergyi Bitri (Malta)

UEFA nümayəndəsi: Massimo Nanni (San Marino)

Bakı İdman Sarayı.

Azərbaycan: 1. Emin Kürdov (q, k), 5. Oktay Rüstəmli, 7. Xəzər Ağalızadə, 10. Murad Quluzadə, 14. Tofiq Mikayılov, 12. Vladislav Reznov (q), 8. Rüstəm Bağırov, 3. Kənan Manafov, 4. Fərid Atakişiyev, 6. Mirzə Əmirov, 9. Emil Həsənzadə, 2. Eldar Zeynalov, 17. Nurlan Mehdizadə, 20. Novruz Kazıxanov.

Baş məşqçi: Vitali Borisov.

Xorvatiya: 12. Vinka Rozga (q), 4. Duje Kustura, 10. Yosip Yurlina, 16. Marko Kuraja, 17. Antonio Sekuliç (k), Ante Piplica (q), 20. Nikola Çizmiç (q), 3. Nikola Gudasic, 5. Dean Moravac, 6. David Barbariç, 7. Kristian Çekol, 8. Niko Vukmir, 11. Yakov Hrstiç, 15. David Maraya.

Baş məşqçi: Marinko Mavroviç.