Rusiyalı məşqçi növbəti mövsümdə də "Araz-Naxçıvan"ı çalışdıracaq

Rusiyalı məşqçi növbəti mövsümdə də "Araz-Naxçıvan"ı çalışdıracaq

Futzal üzrə Yüksək Liqanın 19-cu dəfə qalibi olan “Araz-Naxçıvan” baş məşqçi Yevgeni Kukseviçlə müqavilənin müddətini uzadıb.

"Mediasport" xəbər verir ki, rusiyalı mütəxəssis daha 1 il Azərbaycan çempionunu çalışdıracaq.

Hazırkı heyətlə bağlı da müəyyən qərarlar verilib. Klubdan verilən məlumata görə, legionerlərdən Covanni Valerio ilə yeni anlaşma əldə olunub.

Braziliyalı futzalçı da yeni mövsümü “qırmızı-ağlar”ın heyətində keçirəcək. Onunla müqavilə 1 illik imzalanıb.

Yerli futzalçılarla bağlı qərar isə iyunun 5-də keçiriləcək Azərbaycan Kubokunun final matçından sonra veriləcək. Oyun saat 14:00-da Olimpik Starda baş tutacaq.

Qeyd edək ki, dünən qızıl medal və çempionluq kuboku ilə təltif olunan “Araz-Naxçıvan” 2025-2026-cı illər mövsümündə ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edəcək.