Azərbaycan çempionu iranlı və braziliyalı legionerlər transfer etdi
UEFA çempionlar Liqasına hazırlaşan "Araz-Naxçıvan" futzal komandası iki oyunçu ilə güclənib.
"Mediasport" xəbər verir ki, Azərbaycan çempionu iranlı yarımmüdafiəçi Mehrdad Kərimi və braziliyalı hücumçu Yaqo Enrike Pereyranı heyətə cəlb edib.
Hər iki futzalçı ilə 1 illik müqavilə imzalanıb.

