Ayxan Abbasovun mətbuat konfransının vaxtı açıqlandı
Futbol üzrə Azərbaycan milli komandası sabah San Marino ilə yoldaşlıq görüşünə çıxacaq.
"Mediasport" xəbər verir ki, həmin oyundan öncə təşkil olunacaq mətbuat konfransının və açıq məşqin vaxtı müəyyənləşib.
Macarıstanın Sombatxey şəhərində yerləşən "Haladaş" stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
8 iyun
Azərbaycan milli komandası
20:30 Mətbuat konfransı
21:30 İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq


