Cəlal və sabiq "Neftçi"li qol vurdu, "Arda" kubokda 1/8 finala yüksəldi

Cəlal və sabiq "Neftçi"li qol vurdu, "Arda" kubokda 1/8 finala yüksəldi

Azərbaycan milli komandasının futbolçusu Cəlal Hüseynov formasını geyindiyi Bolqarıstanın "Arda" klubunda növbəti qolunu vurub.

"Mediasport" xəbər verir ki, yığmamızın müdafiəçisi ölkə kubokunun 1/16 final mərhələsində fərqlənib.

O, "Fratria" ilə görüşün 42-ci dəqiqəsində hesabı açmaqla qələbənin əsasını qoyub - 2:1.

"Arda"ya mərhələ gətirən ikinci qolun müəllifi "Neftçi"nin sabiq hücumçusu Andre Şinyaşiki olub.

Xatırladaq ki, Hüseynov 2023-cü ildən Bolqarıstanın Yüksək Liqa klubunun futbolçusudur.