Azərbaycan badmintonçuları Batumidə 11 medal qazandı

  Azərbaycan badmintonçuları Batumidə 11 medal qazandı

Uşaq və yeniyetmə badmintonçularımız Gürcüstanın Batumi şəhərində keçirilən beynəlxalq turnirdə 11 medal qazanıblar.

"Mediasport" xəbər verir ki, Mələk Təhməzli və Muxtar Bədəlov 11, Omar Mehdi və Dəniz Əhmədli 13, Fərəc Kərimli 15 yaşadək badmintonçuların mübarizəsidnə müxtəlif kateqoriyalar üzrə medalçılar sırasında yer alıb.

Badmintonçularımız turnirdə ümumilikdə 7 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar.

Xatırladaq ki, badmintonçularımız ənənəvi olaraq Batumidə keçirilən "Youth International" turnirində ötən il 5-i qızıl, 5-i gümüş və 6-sı bürünc olmaqla 16 medal qazanıblar.